nijat burjiyev: sRGB,ICC profile

Monday, August 30, 2010

sRGB,ICC profile



Bir çoxlarımız çəkdiyimiz şəkilləri internetdə yerləşdiririk.İnternet üzərində bütün ekranlar bir qayda olaraq sRGB rəng profilini,yəni,ortaq bir rəng profilini istifadə edir ki,hamı şəkildəki rəngləri eyni dərəcədə görsün.Bu rəng profilləri ICC (International Color Consortium) fayllarıdır.
Kameralarımızda menyudan “Color space”-in sRGB olduğundan əmin olmalıyıq.Sonra kompyuterdə və şəkilləri işləyəcəyimiz proqramda da sRGB rəng profilini seçməliyik.


Dekstop”-da mausdan sağ düyməni basıb “Properties” seçirik.

Display Properties”-də də OK vururuq.Artıq kompyuterdə sRGB rəng profilini istifadə edirik.
Sonra proqramımızda (Adobe Photoshop) bu işi görməliyik.

Artıq Photoshopda da sRGB profilini seçdik.Fotolar özündə rəng profillərini (ICC faylları) daşıya bilirlər.
Proof Color” seçməklə Photoshop foto hansı rəng profilini daşıyırsa ona uyğun olaraq özü rəng profilini seçir.Bu da bizə orijinal rəngləri görməyə kömək edir.
Və əsas olaraq.Fotolarımızı Photoshopda işlədikdən sonra yadda saxlayanda ICC profilini fotoya yükləməliyik ki, onu internetdə hamı eyni rənglərdə görsün.

Monitorun brightness və contrast-ını düzəltmək üçün saytlar var.Amma çox adam contrast 90-100,brightness 40-60 aralıqlarında seçirlər.

Ümidvaram faydalı dərslik oldu. :)







3 comments:

  1. Çox sağ ol, Nicat. Nastroykaları Windows7-də bir az çətinliklə tapdım. Windows-da artiq qeyd etdiyin sRGB nastroykasi verilmishdi. Birce photoshopda bu nastroykalari verdim..
    Bir daha teshekkurler.

    ReplyDelete
  2. Teshekkur, Nicat. Lazim idi !

    ReplyDelete